Главная > Cəmiyyət > İsa Qəmbər Türkiyəyə getdi

İsa Qəmbər Türkiyəyə getdi


28-02-2018, 11:19.

               İsa Qəmbər Türkiyəyə getdi 

 

İsa Qəmbər xəstəxanadan evə buraxılıb.

 

Mərkəzi Klinik Xəstəxanada müayinə olunan İ. Qəmbər bu gün xəstəxanadan çıxıb.

 

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Arqument.Az-a deyib ki, İ. Qəmbər daha dərindən müayinə olunmaq üçün artıq Türkiyənin paytaxtı Ankara şəhərinə yola düşüb.

 

G.Aslanlı bildirib ki, İsa Qəmbər özünü yaxşı hiss edir.

 

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İ. Qəmbər bu il yanvar ayının əvvəllərində xəstəxanaya yerləşdirilmiş, ürəyinə stent qoyulmuşdu.

 

Bir neçə gün əvvəl isə o, yenidən Mərkəzi Klinik Xəstəxanasına müraciət etmişdi.

 


Вернуться назад