Главная > Ümumi > Bakı Mərkəzi Bazar»dakı ölüm işi iki ildir istintaqdan necə gizlədilir?
Bakı Mərkəzi Bazar»dakı ölüm işi iki ildir istintaqdan necə gizlədilir?2-02-2016, 19:02. |
Azadlıq» hələ ötən il "Bakı Mərkəzi Bazarı” MMC-nin ərazisində baş vermiş bir dəhşətli hadisə barədə məlumat vermişdi. Məlum olurdu ki, 2014-cü ilin fevralın 1-də günorta saatlarında Bakının Nəsimi rayonunda yerləşən "Təzə bazar” MMC-nin daxilində qanunsuz fəaliyyət göstərən və Vaqif Şıxəliyev adlı iş adamına məxsus "Bakı Mərkəzi Bazarı” MMC-nin ərazisində qanlı hadisə törədilmişdir. Nəticədə buradakı qanunsuz tikilidən bir nəfərin başına daş düşərək öldürmüşdür. Diqqəti çəkən bu idi ki, ortada konkret ölüm faktı olduğu halda (bu barədə KİV-lər həmin dövrdə hərtərəfli araşdırma aparmışdı və geniş yazı dərc olunmuşdu) Nəsimi rayon Prokurorluğunda ölüm faktı üzrə cinayət işi başlanılmamışdı. Niyə? Axı Azərb. CPM-nin tələblərinə görə, fakt üzrə cinayət işinin başlanması üçün həm də KİV-lərin məlumatları əsas sayılır. Qanunun 46-cı maddəsində məhz belə də yazılır: "Maddə 46. Cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri
46.1. İctimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır.
Bundan əlavə, məlumatdan əz sonra "Space” TV-də qanlı hadisə barədə geniş sujet də verilmişdir, ağır vəziyyətdə olan M.Cəbrayılovu qəbul etmiş və reanimasiyaya yerləşdirmiş həkim (şöbə müdiri) müsahibə vermiş, hadisə barədə KİV-lərdə məlumatlar dərc olunmuşdur. Amma ən dəhşətlisi bundadır ki, Nəsimi rayon Prokurorluğu hələ də bu məsələdə susur. Sahibkar Vaqif Şıxəliyev "Space”in əməkdaşlarını necə aldatmışdı?
Ölümə səbəb hadisə günü "Space” telekanalında ağır vəziyyətdə olan Mais Cəbrayılovla bağlı sujet göstərildi. Məlum olurdu ki, TV əməkdaşlarına əvvəlcə yaralı kimi göstərilən şəxs heç də Mais Cəbrayılov deyilmiş (Aşağıda həmin video-sujet təqdim olunur). Həmin şəxs bazardakı qanunsuz tikilidə çalışan fəhlə Güloğlan Rəhmanov adlı şəxsdir.
Sonradan o da məlum olmuşdu ki, sən demə, həmin tikinti qanunsuz olduğundan bazarın məsul işçiləri TV əməkdaşlarının hadisə yerinə gəlməsi xəbəri eşidəndə dərhal burada fəhlə işləyən Güloğlan Rəhmanovu yerə yıxıb başına daş düşdüyü deyilən şəxs kimi təqdim edibdir. Fəhlə işləyən Güloğlan Rəhmanov da özünü TV əməkdaşlarına Mais Cəbrayılov kimi təqdim edərək açıqlama verib ki, guya burada elə hadisə baş verməyib, o, sadəcə, huşunu itirib qəfil yerə yıxılanda başı qanayıb… Amma sonradan Mais Cəbrayılovu əməliyyat edən cərrah Əmralı Yusifov (şöbə müdiridir), növbətçi həkim Nicat Məmmədov TV əməkdaşına yaralının ölümcül vəziyyətdə olduğu barədə müsahibə verib. Sonradan Mais Cəbrayılov dünyasını dəyişmişdir və çox təəssüflər olsun ki, Nəsimi rayon Prokurorluğu nəinki həmin dövrdə, heç sonralar da bu ölüm işinə görə kimsəni dindirməyib, cinayət işini, necə deyərlər, Mais Cəbrayılovun ölümünə səbəb olan daşın altına qoyub susub. «Azadlıq»a neçə gün əvvəl daxil olmuş şikayət məktubu və ona əlavə olunmuş bəzi sənədlərdən məlum olur ki, ölüm faktına səbəb "Bakı Mərkəzi Bazar” MMC-də aparılan qanunsuz tikilidir. Hansı ki, həmin qanunsuz tikili ilə bağlı Nəsimi rayon Məhkəməsinin müvafiq qərarı da olmuşdur və tikilinin (bazarın) sahibi Vaqif Şıxəliyevə bu barədə sərəncam da verilmişdir. Və hətta məlum qanlı hadisədən az əvvəl məhkəmə icraçıları Vaqif Şıxəliyevə qanlı hadisə baş verən tikintinin hələ yarımçıq olduğu vaxt tikintini könüllü dayandırmaq barədə 10 gün vaxt vermişdi. Lakin Vaqif Şıxəliyev məhkəmə qərarına məhəl qoymadan tikintini davam etdirərək davam etdirmişdir (həmin məhkəmə qərarı və icra tapşırığı redaksiyamızdadır). Əlbəttə, bu tikintinin başa çatdırılması həm də məhkəmə icraçılarının hərəkətsizliyinin məhsulu idi. Bundan əlavə, həmin tikintiyə Nəsimi rayon RİH tərəfindən sərəncamın verilməsi də qanunsuz hərəkət idi, çünki tərəflər arasındakı barışıq sazişi icra edilmədən həmin ərazidə tikintinin aparılmasına icazə verən sərəncam imzalana bilməzdi. Bu qanunsuz sərəncam isə ortadakı münaqişəni daha da alovlandırmışdı. Hətta həmin dövrdə ölüm işi ilə bağlı təhqiqat materialları prokurorluğun müstəntiqi Elşad Hüseynovun icraatına verilmişdi. Nəsimi rayon prokurorun köməkçisi Şəbnəm İbrahimova isə həmin dövrdə KİV-ə hadisə barədə açıqlama da vermişdi.
Bundan əlavə, Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri «01 fevral 2014-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Təzə bazar” MMC-nin qonşuluğundakı "Bakı Mərkəzi Bazarı” MMC-nin ərazisində qanunsuz tikilən yeni obyektin 3-cü mərtəbəsindən aqlay üzlük daşının yoldan keçən Mais Cəbrayılovun başına düşməsi nəticəsində sonuncunun xəsarət alması ilə bağlı araşdırmanın qeyri-obyektiv aparılması barədə 05 fevral 2014-cü il tarixli müraciətinizə Baş Prokurorluqda baxılmışdır. Müəyyən edilmişdir ki, müraciətinizdə göstərdiyiniz xüsusatlar üzrə Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırmanın gedişatı Baş Prokurorluq tərəfindən nəzarətə götürülərək, obyektiv, tam və hərtərəfli aparılması barədə göstəriş verilmişdir. Hazırda material üzrə araşdırma davam etdirilir, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir».
Və artğıq iki ilə yaxındır ortada hüquqi nəticə yoxdur. O mənəada ki, araşdırma aparılıbsa, bu nə qədər çəkməlidir? İki ilmi? Və CPM-nin tələbləri doğrudanmı belə «tələb edir»?
Rəsul Space-də yayımlanmış qalmaqallı video
Вернуться назад |