Главная > Ümumi > İran İsrailə meydan oxudu: Suriyada yeni baza

İran İsrailə meydan oxudu: Suriyada yeni baza


28-02-2018, 12:25.

            İran İsrailə meydan oxudu: Suriyada yeni baza

İran Suriyada yeni daimi hərbi baza yaradıb.

Axar.azxəbər verir ki, "Foks Nyus” televiziyası yeni bazada raketlərin saxlanılması üçün xüsusi anqarların olduğunu iddia edib.

Yeni bazanın Dəməşqdən 12 kilometr şimal-qərbdə yerləşdiyi vurğulanıb. Bazaya nəzarət İran İslam İnqilabı Keşikçiləri Korpusunun Əl Qüds briqadası tərəfindən həyata keçirilir.

"Burada yerləşdirilən raketlər İsrailin istənilən nöqtəsinə zərbə endirmək imkanına sahibdir. Keçən il İran bazası Dəməşqin cənubunda yerləşirdi. Lakin o, İsrail ordusunun raket zərbələri ilə məhv edildi”, - məlumatda bildirilir.


Вернуться назад