Главная > İdman > "Real" 93-cü dəqiqədə qol buraxaraq "Espanyol"a məğlub olub
"Real" 93-cü dəqiqədə qol buraxaraq "Espanyol"a məğlub olub28-02-2018, 08:28. |
"Real" futbol üzrə İspaniya çempionatının 26-cı turunda "Espanyol"a məğlub olub. "Report” xəbər verir ki, Barselona şəhərinin "Kornelya-El Prat" stadionunda keçirilən görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu ikinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə Herar Moreno vurub. Madrid komandası 2007-ci ildən bu yana ilk dəfə olaraq "Espanyol"a məğlub olub. Həmin vaxt Kataloniyanın paytaxtında baş tutan görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Real" (51 xal) turnir cədvəlində hazırda üçüncü, "Espanyol" (31) isə 13-cü yeri tutur. İspaniya Primerosu. 26-cı tur "Espanyol" – "Real Madrid" - 1:0 Qol: 1:0 – Moreno – 90+3
Вернуться назад |