Главная > Siyasət > HDP-li deputatların mandatları ləğv edildi

HDP-li deputatların mandatları ləğv edildi


27-02-2018, 21:19.

              HDP-li deputatların mandatları ləğv edildi 

Türkiyənin 2 HPD-çi deputatı Əhməd Yıldırımın və İbrahim Ayxanın mandatı ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) İdarə Heyəti qərar qəbul edib.

Belə ki, Yıldırım "Prezidentə təhqir”, Ayxan isə "Terrorizmin təbliğatı” maddələri ilə təqsirli bilinirdi və barələrində məhkəmə qərarları var idi.

Qeyd edək ki, Ə. Yıldırım Muşdan, İ.Ayxan isə Şanlıurfadan deputat seçilmişdi.

 


Вернуться назад