Главная > Dünya > Slovakiyada jurnalist qətlə yetirildi

Slovakiyada jurnalist qətlə yetirildi


27-02-2018, 16:16.

              Slovakiyada jurnalist qətlə yetirildi

 

Slovakiyada 27 yaşlı jurnalist Yan Kutsyakın cəsədi aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Slovakiya mətbuatı yayıb.

Kutsyak sevgilisi Martina Kuşnnirovoyla birgə güllələnib. Jurnalistin cəsədi öz evində 25 fevralda aşkarlanıb. Onun ölümünün apardığı araşdırma ilə bağlı olduğu iddia edilir.

Qeyd edək ki, Yan Kutsyak "Aktuality.sk” saytında çalışıb. Onun son araşdırması Slovakiyadakı vergi fırıldaqçılığı ilə bağlı olub.

Bu, Slovakiya tarixində jurnalistə qarşı ilk cinayət hadisəsidir.

 


Вернуться назад