Главная > Mövqe > Sinan Oğan: "Xocalı soyqırımının tanınması lazımdır"

Sinan Oğan: "Xocalı soyqırımının tanınması lazımdır"


27-02-2018, 11:13.

                 Sinan Oğan: "Xocalı soyqırımının tanınması lazımdır"

 

Türkiyənin Milliyətçi Hərəkat partiyasının başqanlığına namizəd ,keçmiş millət vəkili Sinan Oğan "habertürk” kanalında yenə Xocalı soyqırımına toxunaraq bunları deyib: "Bu ayın 26-da Xocalı soyqırımından 26 il keçdi. Türkiyənin belə bir siyasəti var, deyir ki: "Tarixi tarixçilərə buraxaq". Doğrudur amma, Xocalı tarixi bir hadisə deyil. Hamımızın yaddaşında, yaşayan və soyqırımdan xilas olanların şahidliyində bir hadisədir. Biz artıq qondarma "Erməni soyqırımı" iddialarının 100-cü ili artıq azalacaq deyə gözləyərkən hökumətlə problemi olan ölkələrin son dövrdə bəzən də siyasətin iç siyasətə alət edilməsi səbəbiylə tam "bitəcək" dediyimiz Erməni iddiaları önümüzə gəlir. Bu baxımdan Türkiyənin bir tərəfdən buna hazırlıq etməsi lazımdır amma əvvəl Türkiyə parlamentinin mən millet vəkiliykən haqqında qanun təklifi verdiyimiz Xocalı soyqırımının tanınması lazımdır".


Вернуться назад