Главная > Araşdırma > Göz yaşlarının tərkibi güləndə bir cür, soğan doğrayanda başqa cür olur...

Göz yaşlarının tərkibi güləndə bir cür, soğan doğrayanda başqa cür olur...


27-02-2018, 09:00.

      Göz yaşlarının tərkibi güləndə bir cür, soğan doğrayanda başqa cür olur...

 

Ağlamaq, göz yaşı axıtmaq bir növ emosional məsələlərə qarşı mürəkkəb fizioloji cavabdır.

 

BBC-nin xəbərinə görə, burada ən mühüm xüsusiyyət, əlbəttə ki, göz yaşı axıtmaqdır. Lakin buraya üz ifadələri və nəfəsalmanın dəyişməsi də daxildir. Hönkürmək ağlayarkən sürətli nəfəs alma və vermə ilə müşayiət olunur. Elmi nöqteyi-nəzərdən bu, ağlamaq ilə göz yaşı əmələ gətirən kimyəvi qıcığın - məsələn, təsadüfən acı yemək yedikdən sonra əlini gözünə sürtmək kimi - fərqli şeylər olduğu anlamına gəlir.

 

Hətta göz yaşları da fərqlidir. 1981-ci ildə Minnesota-dan olan psixiatr II William H Frey, kədərli kinolar zamanı yaranan göz yaşının tərkibində, soğan doğrayarkən yaranan göz yaşından daha çox protein olduğunu aşkarlayıb.

 

Komediya tamaşasını izlədikdə və ya toyda bəyin gəlinə verdiyi sözlərdən ibarət çıxışa qulaq asdıqda emosional göz yaşları melanxolik hisslə kifayətlənir.

 

Ağlamaq ilə bağlı olan hisslər hamımıza tanış olsa da, yetkin yaşda bunun niyə baş verdiyi haqqında çox bilgiyə sahib deyilik - amma bu barədə çoxlu fikirlər mövcuddur.

 

Bunlardan biri də yetkinlərin ağlamağı ilə körpələrin ağlamağı arasında sosial mənada fərqin olmaması ideyasıdır. Başqa sözlə, çox güman ki, ağlamaq diqqət cəlb etmək, dəstəyə ehtiyac duymaq və ən çox ehtiyacımız olan anda dostlarımızdan kömək ummaq üçün bir çağırışdır.

 

Bəlkə də daxili emosional vəziyyətimizi dil ilə ifadə edə bilmədikdə hərəkətə keçən bir prosesdir.

 


Вернуться назад