Главная > Baş Xəbər > Türkiyədən dünyaya çağırış: Xocalı faciəsi...

Türkiyədən dünyaya çağırış: Xocalı faciəsi...


25-02-2018, 19:53.

                           Türkiyədən dünyaya çağırış: Xocalı faciəsi...

 

Bəşəriyyətin adına qara bir ləkə olan bu cür təcavüzkar təşəbbüslərin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurasının, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının bu qətliama layiq olduğu qiyməti verməsi və gərəkən mövqeyi nümayiş etdirməsi lazımdır.

Axar.az xəbər verir ki, bu barədə TBMM-in Xarici İşlər Komissiyasının "Xocalı soyqırımı” barədə bəyanatında deyilib:

"Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın bundan tam 26 il əvvəl "Xocalı”da qarşılaşdıqları vəhşi hücumları və qətliamı hər zaman qəlbimizin ən dərinliyində hiss edir, bu ağrını ən səmimi hislərimizlə bölüşürük.

Ermənistanın törətdiyi bu qətliamı və Azərbaycan torpaqlarının illərdir davam edən işğalını şiddətlə qınayırıq”.
"Xocalı” şahidlərinin hələ də həyatda olduğunun vurğulandığı bəyanatda, Xocalıda baş verənlərin tarixi bir hadisə deyil, müasir dövrün dəhşətli bir həqiqəti olduğu bildirilib:

"Azərbaycanlı qardaşlarımızla bu haqlı davalarında həmrəy olduğumuzu ifadə etmək istəyirik. Bu yolla hadisənin günahkarlarının beynəlxalq hüquqa uyğun olaraq mühakimə edilməsi və Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarından dərhal geri çəkilməsi ilə bağlı çağırışımızı yeniləyirik. Xocalı qətliamında dünyasını dəyişən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik, kədərli ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı veririk”.


Вернуться назад