Главная > İdman > Beyl "Real"dan ayrılır? - Zidan açıqladı

Beyl "Real"dan ayrılır? - Zidan açıqladı


24-02-2018, 14:34.

                  Beyl "Real"dan ayrılır? - Zidan açıqladı

 

"Real"ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Qaret Beyli satacaqları barədə yayılan iddialara münasibət bildirib.

 

Qol.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, uelsli yarımmüdafiəçinin komanda üçün əhəmiyyətli oyunçu olduğunu deyib.

"Beyl həmişə "Real" üçün vacib oyunçu olacaq. O, optimal formaya qayıtmaq üzrədir. Bütün klublarda müxtəlif səbəblərə görə digər futbolçular meydana çıxırlar. Hər gün məşq edib az oynayan oyunçular var. Bununla belə, onlar mənə lazımdırlar. Beyl komandanın əsas futbolçularından biridir. Mən ona güvənirəm" - deyə Zidan Beyli satacaqları barədə iddiaları təkzib edib.

O bildirib ki, Beyli az oynatmasının səbəbi 100 faiz hazır olmağını gözləməkdir: "Onun yenidən zədələnməsini istəmirəm. Əminəm ki, Beyl komandada mühüm rol oynayacaq".

 


Вернуться назад