Главная > Ümumi > Myanmarda ardıcıl üç partlayış baş verib

Myanmarda ardıcıl üç partlayış baş verib


24-02-2018, 09:21.

               Myanmarda ardıcıl üç partlayış baş verib

 

Fevralın 24-də səhər saatlarında Myanmarın Arakan ştatında ardıcıl üç partlayış baş verib.

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar ştatın paytaxtı Akyabda (Situe) qeydə alınıb. Bir neçə polis əməkdaşının yüngül yaralandığı bildirilir. İlkin məlumata əsasən, ölən yoxdur.

Fevralın 21-də Laşo şəhərində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb.

Ötən ilin avqustunda Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan ştatında yerli müsəlmanlara hücumları nəticəsində çox sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

 


Вернуться назад