Главная > Sosial > Kiyev meri Vitali Kliçkoya Bakıda ev hədiyyə edilməsi xəbəri təkzib olundu: “Yanlış informasiyadır”

Kiyev meri Vitali Kliçkoya Bakıda ev hədiyyə edilməsi xəbəri təkzib olundu: “Yanlış informasiyadır”


23-02-2018, 16:57.

      Kiyev meri Vitali Kliçkoya Bakıda ev hədiyyə edilməsi xəbəri təkzib olundu: "Yanlış informasiyadır”

 

Son zamanlar Azərbaycan mətbuatında Kiyev şəhərinin meri Vitali Kliçkoya son Bakı səfəri zamanı nazir Azad Rəhimovun oğlu Arif Rəhimov tərəfindən ev hədiyyə edilməsi ilə bağlı məlumatlar yer alıb.

Bununla bağlı TİA.AZ saytının əməkdaşı Vitali Kliçkonun köməkçisi Boqdan Balasinovic ilə əlaqə saxlayaraq ondan xəbərin yalnış və ya doğru olduğunu öyrənmək istəyib.

"Vitali Kliçkoya Azərbaycana gəlişi zamanı ev hədiyyə olunubmu "sualını eşidən kimi gülümsəyən Boqdan Balasinovic əməkdaşımıza belə cavab verdi: ”Bizim Azərbaycanla gözəl münasibətlərimizin olması heç də orada mülkümüzün olması demək deyil.Təbii ki, yanlış informasiyadır.”


Вернуться назад