Главная > Baş Xəbər > Afrində Əsədlə Öcalanın şəkilləri qaldırıldı

Afrində Əsədlə Öcalanın şəkilləri qaldırıldı


22-02-2018, 20:11.

                 Afrində Əsədlə Öcalanın şəkilləri qaldırıldı

 

Suriya diktatoru Bəşər Əsədin Türkiyəyə qarşı PKK/PYD-ni dəstəkləmək üçün göndərdiyi bir qrup "Hizbullah” terrorçusu Afrinin mərkəzinə girib.

Avropa.info xəbər verir ki, Livanın "Əl Mayadeen” telkekanalının yaydığı görüntülərdə "Hizbullah” terrorçuları Afrinin mərkəzində PKK/PYD-lilər tərəfindən qarşılayıblar. Yayılan görüntülərdə Əsəd və Öcalanın fotoları yan-yana qaldırıldığı nümayiş olunub.

Suriyanın dövlət agentliyi olan SANA Əsəd rejiminin terrorçulara dəstək verməsini "dinc insanların Türkiyənin hücumlarından qorumaq” adı ilə izah edib.

 

DWoeMPsXUAAr0YHDWoeSjmWsAAAulYDWoet8_W0AEX0fvDWoiQ02WkAEH2ufDWoqwxaX0AACOk3
Вернуться назад