Главная > Cəmiyyət > Bəxtiyar Vahabzadənin həyat yoldaşı vəfat etdi

Bəxtiyar Vahabzadənin həyat yoldaşı vəfat etdi


22-02-2018, 10:32.

             Bəxtiyar Vahabzadənin həyat yoldaşı vəfat etdi 

 

Azərbaycanın mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki üz verib.

Modern.az saytının məlumatına görə, mərhum Xalq şairinin həyat yoldaşı Dilarə Vahabzadə ötən gecə vəfat edib. Bu barədə saytımıza ailənin yaxınları məlumat veriblər.

Bildilib ki, Dilarə xanımla vidalaşma mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.

Xatırladaq ki, Bəxtiyar Vahabzadənin özü də fevral ayında vəfat edib. Mərhum xalq şairi 2009-cu il fevral ayının 13-də 83 yaşında dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin…

 


Вернуться назад