Главная > Ümumi > Erməni jurnalistin Afrindən yaydığı saxta fotolar

Erməni jurnalistin Afrindən yaydığı saxta fotolar


22-02-2018, 10:14.

              Erməni jurnalistin Afrindən yaydığı saxta fotolar

 

Fransanın AFP agentliyinin Suriyadakı fotomüxbiri Corc Oufalyan Afrində baş verən hadisələrin təhrif olunmuş təsviri ilə müşayiət olunan şəkillər paylaşıb.

Axar.az xəbər verir ki, Oufalyanın çəkdiyi Bəşər Əsəd tərəfdarlarının fotosu "Bəşər Əsəd tərəfdarları Afrinə daxil oldu” başlığı ilə təqdim edilib.

Bəşər Əsədin tərəfdarları ilə sıx əlaqədə olan müxbir "Zeytun budağı" əməliyyatı barədə dezinformasiya yaymağa çalışıb. Bundan sonra fotoqraf şəklin başlığını dəyişərək, "Əsədin milis qüvvələrinin Afrinə daxil olduğunu” bildirib.

Oufalyanın həmçinin Bəşər Əsəd rejiminin məşhur jurnalisti Şadi Hilvanla çəkdirdiyi və sosial şəbəkələrdə paylaşdığı fotosu onun rejim qüvvələri ilə yaxın əlaqələri olduğunu sübut edib.

Oufalyan tank üzərində Əsəd rejimi əsgərləri ilə də fotolar çəkdirib.

Qeyd edək ki, Əsəd rejimi qüvvələri fevralın 20-də Afrin istiqamətində yaxınlaşsa da, türk artilleriyasının atəşindən sonra Hələbə doğru geri çəkilmişdi.

 


Вернуться назад