Главная > Baş Xəbər > ABŞ dünya banklarını 243 milyard cərimələdi

ABŞ dünya banklarını 243 milyard cərimələdi


21-02-2018, 15:46.

               ABŞ dünya banklarını 243 milyard cərimələdi    

 

ABŞ 2008-ci il maliyyə böhranından bu yana dünya banklarını 243 milyard dollar cərimə edib.

 

Axar.az xəbər verir ki, bu barədə informasiya "Keefe, Bruyette & Woods” şirkətinin hesabatında yer alıb.

Hesabatda bildirilib ki, cərimələrin çoxu ABŞ-ın daşınmaz əmlak bazarının çöküşünə qədər olan müddətdə investorların ipoteka aktivlərinin keyfiyyətiylə bağlı aldadılmasına görə edilib. Vaşinqton indiyə qədər ən çox cəriməni "Bank of Amerika”ya yazıb. Belə ki, bu bank 76,1 milyard dollarlıq cərimə ödəyib.

İlk üçlükdə "JP Morqan” (43,7 milyard dollar) və "Sitiqrup” (19 milyard dollar) bankları yer alıblar.

Xarici banklar sırasında ABŞ-a ən böyük cərimələri isə "Doyçe Bank” (14 milyard), "Royal Bank of Scotland” (10,1 milyard) ödəyiblər.

 


Вернуться назад