Главная > Mövqe > “Əsəd rejimi Türkiyə ordusuna qarşı bizə yardım edəcək” – PYD

“Əsəd rejimi Türkiyə ordusuna qarşı bizə yardım edəcək” – PYD


21-02-2018, 13:14.

            "Əsəd rejimi Türkiyə ordusuna qarşı bizə yardım edəcək” – PYD

 

PYD dünən Əsəd yönlü şiə milis qüvvələrinin Afrinə girməyə cəhd etməsi ilə bağlı rəsmi bəyanat yayıb.

Avropa.info xəbər verir ki, terror təşkilatının mətbuat katibi Nuri Mahmud YPG saytında yaydığı bəyanatda Suriya hökumətini vəzifəsini yerinə yetirməyə çağırıb və silahlı qüvvələri Türkiyə Silahlı Qüvvələrinə qarşı mübarizədə YPG-yə kömək edəcəyini bildirib.

Bəyanatda Suriya hakimiyyətinə edilən çağırış nəticəsində rejim qüvvələrinin Afrinə gəldiyi və Suriyanın ərazi bütövlüyünü qorumaq üçün sərhədə yerləşəcəyi və TSQ-ya qarşı mübarizədə YPG-yə kömək edəcəyi bildirilib.

 


Вернуться назад