Главная > İdman > ÇL 1/8 final mərhələsinin növbəti oyunları baş tutub -NƏTİCƏLƏR
ÇL 1/8 final mərhələsinin növbəti oyunları baş tutub -NƏTİCƏLƏR21-02-2018, 08:36. |
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. "Report" xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubu Almaniyanın Münhen şəhərində "Bavariya" klubunun qonağı olub. Artıq 16-cı dəqiqədə "qara qartallar"ın müdafiəçisi Domaqoy Vida sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Say üstünlüyündən yararlanan meydan sahibləri 43-cü dəqiqədə ilk qolu vurmağa müvəffəq olublar. Hesabı açan Tomas Müller darmadağının əsasını qoyub. Fasilədən sonra "Bavariya" daha 4 qol vurub. 53-cü dəqiqədə Kinqsli Koman komandasının, 66-cı dəqiqədə Müller özünün ikinci qolunu vurub. 79 və 88-ci dəqiqələrdə isə səhnəyə Robert Levandovski çıxıb. Beləliklə, 5:0 hesabı ilə qalib gələn Almaniya klubu 1/4 finala vəsiqəni böyük ölçüdə təmin edib. Günün digər matçı isə İngiltərənin paytaxtı Londonda baş tutub. "Çelsi" doğma azarkeşlər önündə İspaniya "Barselona"sı ilə üz-üzə gəlib. Qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "zadəganlar" 62-ci dəqiqədə Villianın qolu ilə hesabda önə keçiblər. Lakin 75-ci dəqiqədə Lionel Messi "Barsa"nın bərabərlik qolunu vurub. Çempionlar Liqası 1/8 final, ilk oyunlar 20 fevral 23:45. "Bavariya" (Almaniya) - "Beşiktaş" (Türkiyə) - 5:0 Qollar: Tomas Müller, 43;66. Kinqsli Koman, 52. Robert Levandovski, 79; 88 Domaqoy Vida-qırmızı vərəqə,16 Baş hakim: Ovidiu Hatseqan (Rumıniya) 23:45. "Çelsi" (İngiltərə) - "Barselona" (İspaniya) - 1:1 Qollar: Vilian, 62 - 75 Lionel Messi Baş hakim: Cüneyt Çakır (Türkiyə) Qeyd edək ki, 1/8 final mərhələsinin əvvəlki qarşılaşmalarında İtaliya "Yuventus"u evdə İngiltərə "Tottenhem"i ilə 2:2 hesablı heç-heçə edib. İspaniya "Real Madrid"i öz meydanında Fransa PSJ-sini 3:1, İngiltərənin "Mançester Siti" klubu İsveçrədə "Bazel"i 4:0, "Liverpul" isə Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə yenib. Bu gün İspaniya "Sevilya"sı İngiltərə "Mançester Yunayted"ini, Ukrayna "Şaxtyor"u İtaliya "Roma"sını qəbul edəcək. Cavab görüşləri 6-7 mart və 13-14 martda keçiriləcək.
Вернуться назад |