Главная > Ölkə > Sumqayıtda yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var – FOTO

Sumqayıtda yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var – FOTO


21-02-2018, 10:19.

                Sumqayıtda yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var –FOTO

 

Sumqayıt şəhərində çoxmərtəbəli binanın lifti qırılıb, üç nəfər ağır xəsarət alıb.

 

Uluyol.az Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.

Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində üç nəfər –1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli səkkizinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.

Yaralılar yerli sakinlərin köməyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад