Главная > Araşdırma > Xoş ovqat insanın ömrünü uzadır

Xoş ovqat insanın ömrünü uzadır


21-02-2018, 08:15.

                     Xoş ovqat insanın ömrünü uzadır

 

İsveç və Britaniya alimləri müəyyən ediblər ki, öz sağlamlığına əmin adamlar uzunömürlü olurlar. "Medvesti.com” saytı xəbər verir ki, alimlər 6 min adamın iştirak etdiyi tədqiqat çərçivəsində bu qənaətə gəliblər.

 

İyirmi doqquz il ərzində könüllülərin sağlamlıq durumu öyrənilib. Bunun üçün ürək fəaliyyətindən tutmuş mücərrəd təfəkkür və vizual yaddaşa qədər 195 əlamət əsas götürülüb. Könüllərə bir çox əlamətləri müstəqil müəyyən etmək təklif olunub.

 

Məlum olub ki, xoş ovqat insanların ömür müddətini bir qədər artırır. Mütəxəssislər hesab edirlər ki, xəstəliklərdən şikayət etmək mənasızdır. Ağlayıb-sızlamaqdansa, həkimə müraciət etmək və ya həyat tərzini dəyişmək lazımdır.//musavat.com

 


Вернуться назад