Главная > Cəmiyyət > Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin şəhid olduğu gündür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin şəhid olduğu gündür


19-02-2018, 10:48.

           Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin şəhid olduğu gündür

 

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin şəhid olduğu gündür

 

Qaziler.az bildirir ki, Yusif Mirzəyev 19 fevral, 1993-cü ildə Ağdərə rayonu uğrunda gedən döyüşdə şəhid olub.

O, 1958-ci il 23 may Babək rayonunun Böyükdüz kəndində anadan olmuşdur. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirmişdir. 1988-ci illərdə Xalq Hərəkatına qoşulub.

Yusif Mirzəyev 1993-cü il 19 fevralda Ağdərədə gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş döyüşçüləri xilas edərkən qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Milli Qəhrəman Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.


Вернуться назад