Главная > İdman > Yeniyetmə cüdoçular Avropa kubokunda daha 3 medal qazanıb
Yeniyetmə cüdoçular Avropa kubokunda daha 3 medal qazanıb19-02-2018, 08:21. |
İspaniyanın Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb. "Report” xəbər verir ki, beynəlxalq turnirin ikinci günü Azərbaycan cüdoçuları 1 gümüş və 2 bürünc medal qazanıblar. Oğlanların mübarizəsində Yaqub İsmayılzadə (-90 kq) gümüş, Hacıbala Cəbrayılov (73 kq) və Toğrul Salmanov (+90 kq) bürünc medal qazanıb. Beləliklə yeniyetmə cüdoçularımız İspaniya turnirini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. Avropa kubokunun ilk günü Vüsalə Kərimova qızıl, Mirağa Hacıyev isə gümüş medal qazanıb. İspaniya turniri bu il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. Fuenqirola Avropa kuboku yarışında 36 ölkədən 471 cüdoçu mübarizə aparır.
Вернуться назад |