Главная > Ölkə > Ombudsmanla bağlı qanun dəyişdirilir
Ombudsmanla bağlı qanun dəyişdirilir17-02-2018, 10:37. |
Milli Məclis "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik edəcək. Modern.az-n verdiyi
xəbərə görə, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə
Milli Məclisə göndərilən "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik edilməsi məsələsinə
parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 20-də
keçiriləcək iclasında baxılacaq. Xatırladaq ki, indi Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovadır. Lakin onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir. Elmira Süleymanova iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib. Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.
Вернуться назад |