Главная > Baş Xəbər > Serj Sərkisyan və Armen Sərkisyan yenidən görüşəcək

Serj Sərkisyan və Armen Sərkisyan yenidən görüşəcək


8-02-2018, 18:09.

                Serj Sərkisyan və Armen Sərkisyan yenidən görüşəcək

 

Ermənistan prezidentliyinə namizədliyi irəli sürülmüş ölkənin Böyük Britaniyadakı səfiri Armen Sərkisyan yaxın günlərdə yenidən president Serj Sərkisyanla görüşəcək.

Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Respublikaçılar Partiyasının namizədi olan səfir fevralın 18-28-i tarixləri arasında Serj Sərkisyanla bir araya gəlib yekun qərarını ona açıqlayacaq. Bir müddət əvvəl prezidentlə görüşən diplomat mart ayında keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi qarşılığında düşünmək üçün vaxt istəmişdi. Görüşün keçiriləcəyi barədə yerli mediaya açıqlamanı A.Sərkisyan özü verib.

Diplomat son qərarını verməkdən ötrü erməni diasporu, Ermənistan parlamentindəki siyasi partiyalar, həmçinin Dağlıq Qarabağ separatçıları ilə görüşəndən sonra mövqeyini qətiləşdirəcəyini demişdi. Son olaraq o, qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə gələrək separatçı rejimin başçısı Bako Saakyan və digər quldurlarla görüşmüşdü. Şübhə yoxdur ki, namizəd olacağı təqdirdə erməni səfir hakim partiyanın çoxluq təşkil etdiyi parlamentdə Ermənistanın növbəti prezidenti seçiləcək.

 


Вернуться назад