Главная > GÜNDƏM > Türkiyənin müdafiə naziri: NATO Afrindəki əməliyyatlara qarşı çıxmır
Türkiyənin müdafiə naziri: NATO Afrindəki əməliyyatlara qarşı çıxmır15-02-2018, 18:18. |
NATO Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində keçirdiyi "Zeytun budağı” əməliyyatına qarşı deyil. Bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib. Müdafiə naziri bildirib ki, NATO-nun baş katibi ölkənin xarici təhdidlərə qarşı mübarizəsinə müsbət yanaşan şəxslərdən olub: "NATO üzv-ölkələri də bizim Afrindəki fəaliyyətimizi anlayışla qarşılayıb. NATO-nun əməliyyatları dayandırmaq tələbi barədə söz getmir”. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Вернуться назад |