Главная > Dünya > Rusiyada “YouTube” çökdü

Rusiyada “YouTube” çökdü


15-02-2018, 13:44.

                  Rusiyada "YouTube” çökdü   

 

Rusiyada "YouTube” videoportalının fəaliyyətində qüsurlar yarandığı barədə məlumatlar yayılıb.

Trend-in məlumatına görə, sosial şəbəkələrdə bir çox rusiyalı istifadəçi portalda videoların işə düşmədiyini bildirib.

Bu qüsurların fevralın 14-ü səhər saatlarından başladığı məlum olub. Bununla belə, bu gün də "YouTube” videoları Rusiya ərazisində açılmır.

Bunun səbəbinin Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin müdaxiləsi ola biləcəyi ehtimal edilir.

 


Вернуться назад