İrəvanı biz yaratmışıq:Qarabağın həlli yolu isə...
– Jirinovski
Rusiyada heç vaxt
anti-erməni əhval-ruhiyyə olmayıb.
Axar.az xəbər verir ki, bunu Rusiya Dumasında təşkil
edilən "Vmeste” Rusiya-Ermənistan sərgisində çıxışı zamanı Liberal Demokrat
Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
"Qarabağ konfliktinin həlli onun Rusiyanın tərkibinə
daxil olması ola bilər. Lakin Qarabağ Rusiyadan çox uzaqda yerləşir. Ermənistan
ölkədə Rusiya hərbçilərinin sayını artırmalıdı və hər zaman şimala – Moskva və
Kremlə baxmalıdır. Moskva erməniləri istənilən zaman qoruyur. Cənub istiqaməti
Rusiya üçün prioritetdir. Ermənistan bizim üçün vacib geostrateji nöqtədir. Ermənistan
öz düşmənləri ilə hər zaman bacarıb, amma məhz Rusiya erməni dövlətini gücləndirməyə
və inkişaf etməyə yardım edib. Bizə qədər Ermənistan hissələrə parçalanmışdı.
Ona görə də Ermənistan dövlətinin siyasi xəritədə mövcudluğu Rusiyanın xidmətidir.
Ermənistan hər zaman dəstəyə görə Rusiyaya minnətdar olacaq”, – deyə o
bildirib.
Вернуться назад
|