Главная > Baş Xəbər > NATO ölkələri “hərbi Şengen” yaradır

NATO ölkələri “hərbi Şengen” yaradır


15-02-2018, 14:23.

                            NATO ölkələri "hərbi Şengen” yaradır

 

NATO ölkələrinin müdafiə nazirləri alyansın Avropa sərhədlərində "hərbi Şengen” zonası yaratmaq barədə qərar qəbul ediblər.

APA-nın məlumatına görə, bu barədə "RİA Novosti" Brüsseldəki hərbi-diplomatik mənbəyə istinadən xəbər yayıb.

Bildirilir ki, müdafiə nazirləri bu qərarı Brüsseldə keçirilən toplantıda razılaşdırıblar. Onlar Avropada hərbi qüvvələrin daşınmasının təmin edilməsi ilə bağlı yeni komanda qərargahı yaratmaq barədə razılığa gəliblər.

Bu ideya ilk olaraq ABŞ-ın Avropada quru qoşunlarının keçmiş komandanı Ben Hodjes tərəfindən təklif olunub. O bəyan edib ki, ittifaqın qoşunları və hərbi texnikası Avropada miqrantlar qədər sürətlə hərəkət edə bilməlidir.

 


Вернуться назад