Главная > Baş Xəbər > Türkiyə azərbaycanlıların şəhərində əməliyyata başlayır

Türkiyə azərbaycanlıların şəhərində əməliyyata başlayır


14-02-2018, 17:15.

                   Türkiyə azərbaycanlıların şəhərində əməliyyata başlayır

 

İraqın PKK-dan, YPG-dən və digər terror təşkilatlarından təmizlənməsi çox vacibdir.

Realliqinfo.org xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"Bunları İraqdan siləcəyik. Qəndil əməliyyatlarına başlamaq lazımdır. Qəndillə yanaşı, Kərkük, Süleymaniyyə, Sincarda da əməliyyatlar olmalıdır. Bu, İraq üçün də, bizim üçün də çox vacibdir. Harada terrorçu varsa, oranı təmizləyəcəyik. Necə öz dağlarımızda, şəhərlərimizdə antiterror əməliyyatları apardıq, eləcə də İraqda aparacağıq”, - Çavuşoğlu bildirib.

Xatırladaq ki, Azərbaycan türkləri olan türkmanların yaşadığı Kərkük şəhəri davamlı olaraq terrorçuların hücumlarına məruz qalır.


Вернуться назад