Главная > Region > Gəncədə Rəsulzadənin büstü olan park hasara alındı, amma müsavatçılar öndəri andı

Gəncədə Rəsulzadənin büstü olan park hasara alındı, amma müsavatçılar öndəri andı


31-01-2016, 20:45.

Gəncədə Rəsulzadənin büstü olan park hasara alındı, amma müsavatçılar öndəri andıYanvarın 31-də Müsavatın Gəncə şəhər təşkilatı üzvlərinin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etməsinə imkan verilməyib. Bu haqda Müsavat başqanının müşaviri Cahangir Əmirxanlı məlumat verib. Məlumata görə, Rəsulzadənin büstü olan park yanvarın 30-da qəsdən dəmir hasara alınıb.

"Rəsulzadənin Gəncə şəhəri dəmiryolçular parkinda olan büstünü ziyarət etməyi planlaşdirmişdiq. Amma parkın bütün giriş qapıları, şəkildə göründüyü kimi, metal arakəsmələrlə bağlanib. Dekabrın 31-də Həmrəylik Günü münasibətilə bu abidəni ziyarət etmək istəyimizə isə poli mane olmuşdu”, – Cahangir Əmirxanlı bildirib.

Müsavat yetkilisi qeyd edib ki, buna rəğmən Gəncədəki Müsavat fəalları bir yerə toplaşıb və öndərin anadan olmasının ildönümü ilə əlaqıdar anıt tədbiri keçiriblər.

agence

bastainfo.com


Вернуться назад