Главная > Dünya > Liviyada yük maşını aşıb: 30 miqrant ölüb

Liviyada yük maşını aşıb: 30 miqrant ölüb


14-02-2018, 16:39.

                   Liviyada yük maşını aşıb: 30 miqrant ölüb

 

Liviyanın cənub-qərbində, Bəni Valid şəhərində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, içərisində təqribən 300 miqrant olan yük maşını sürücünü idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə nəticəsində ən azı 30 nəfər ölüb, 100-dən çox şəxs xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Miqrantların əsasən Somali və Eritreyadan olduğu bildirilir.

 


Вернуться назад