Главная > Siyasət > Martin Şults partiya sədrliyindən istefa verib

Martin Şults partiya sədrliyindən istefa verib


14-02-2018, 13:06.

                  Martin Şults partiya sədrliyindən istefa verib

 

Almaniya Sosial-Demokrat Partiyasının sədri Martin Şults istefa verib.

"Report” TASS-a istinadən bildirir ki, o, bunu Berlində bəyan edib.

"Bu, mənim Sosial-Demokrat Partiyasının sədri vəzifəsində sonuncu müraciətimdir. Bu, bir çox hallarda çətin iş olub. Ancaq mən heç kimdən incimədən, heç kimə kin bəsləmədən bu vəzifədən gedirəm”, - deyə o, vurğulayıb.

Hamburqun burqomistri, Sosial-Demokrat Partiyası sədrinin müavini Olaf Şolts müvəqqəti olaraq təşkilata sədrlik edəcək.

M.Şultsun sözlərinə görə, partiyanın Almaniya parlamentindəki fraksiyasının sədri vəzifəsinə Andrea Nalesin namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Xristian Demokratlar İttifaqı (XDİ) və Xristian Sosial İttifaqı (XSİ) ilə Sosial-Demokratik Partiyası arasında koalisiya hökumətinin qurulması ilə bağlı imzalanan müqaviləyə əsasən, M.Şults XİN başçısı olacaqdı. Avropa Parlamentin keçmiş sədri, Sosial-Demokratik Partiyasının sədri Martin Şults partiyadaxili tənqidlərə görə, bu vəzifədən imtina edib.

Xatırladaq ki, Almaniyada koalisiya hökumətinin qurulmasında nazir portfelləri ilə bağlı razılıq əldə edilib. Məlumata görə, Maliyyə, Xarici İşlər, Əmək və Sosial İşlər nazirliklərinə Sosial-Demokrat Partiya başçılıq edəcək. İqtisadiyyat və Müdafiə nazirlikləri isə Angela Merkel blokunun ortağı Xristian Sosial İttifaqına veriləcək.

 


Вернуться назад