Главная > Region > Düşmən atəşkəsi 129 dəfə pozub
Düşmən atəşkəsi 129 dəfə pozub14-02-2018, 09:37. |
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 129 dəfə pozub. Qaziler.az bildirir ki, MN-dən verilən məlumata görə,
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə,
İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax
rayonunun Kəmərli, Quşçu Ayrım, Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə,
Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə
tutulub. Вернуться назад |