Главная > Dünya > Betonqarışdıran maşında BƏƏ-yə keçmək istəyən 22 miqrant saxlanılıb

Betonqarışdıran maşında BƏƏ-yə keçmək istəyən 22 miqrant saxlanılıb


14-02-2018, 08:29.

             Betonqarışdıran maşında BƏƏ-yə keçmək istəyən 22 miqrant saxlanılıb

 

BƏƏ polisi betonqarışdıran maşının mikser hissəsində ölkə sərhədini keçmək istəyən 22 qeyri-qanuni miqrantı saxlayıb.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "The National" nəşri məlumat yayıb.

Nəqliyyat vasitəsinin sürücüsü Omanla sərhəddəki "Khatam" gömrük məntəqəsində saxlanılıb. Yük maşını mikserinin içində 21 Asiya və 1 Afrika mənşəli şəxs olub.

Şarja Əmirliyi polisindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.

 


Вернуться назад