Главная > Ölkə > Sabahdan Azərbaycanda həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir

Sabahdan Azərbaycanda həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir


11-02-2018, 14:39.

          Sabahdan Azərbaycanda həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir

 

Həcc ziyarətinin qiyməti 4150 dollar müəyyənləşdirilib

Sabahdan Azərbaycanda bu ilki həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir.

APA-nın məlumatına görə, fevralın 12-dən həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə (XİN) pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4*6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.

Eyni zamanda bu ilki həcc ziyarətinin qiyməti də məlum olub. Bu il ötənilki kimi iki variantda deyil, bir varianta həcc ziyarəti üçün qiymət müəyyənləşib. Həcc ziyarətinin qiyməti 4150 dollardır.

QMİ-dən xəbəri təsdiqləyiblər.

 


Вернуться назад