Главная > GÜNDƏM > Moskvada 71 nəfərin öldüyü təyyarə qəzası ilə bağlı cinayət işi açılıb

Moskvada 71 nəfərin öldüyü təyyarə qəzası ilə bağlı cinayət işi açılıb


11-02-2018, 17:32.

                Moskvada 71 nəfərin öldüyü təyyarə qəzası ilə bağlı cinayət işi açılıb

 

Moskva vilayətində "An-148" təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

"Report” xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.

"Moskva vilayətində "An-148" sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar "Ehtiyatsızlıqdan iki və daha çox insanın ölümü ilə nəticələnən hava nəqliyyatının istismar və təhlükəsiz hərəkəti qaydalarının pozulması" maddəsində nəzərdə tutulan cinayət əlamətləri üzrə cinayət işi açılıb", - deyə o bildirib.

Göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu "Saratov Hava Yolları" aviaşirkətinə məxsus "An-148" təyyarəsi Moskvadan Orsk şəhərinə uçarkən Ramenski rayonunun Arqunovo kəndində qəzaya uğrayıb. Təyyarə Domodedovo hava limanından uçduqdan iki dəqiqə sonra radarlardan itib. Təyyarənin qalıqları səmadan aşkar edilib.

 


Вернуться назад