Главная > Baş Xəbər > Şəhid minbaşının qızından TÜRK ƏSGƏRİNƏ MƏKTUB

Şəhid minbaşının qızından TÜRK ƏSGƏRİNƏ MƏKTUB


11-02-2018, 17:05.

                    Şəhid minbaşının qızından TÜRK ƏSGƏRİNƏ MƏKTUB

 

Türk Silahlı Qüvvələrinin 24 avqust, 2016 - 29 mart 2017-ci ildə keçirdiyi "Fərat qalxanı” əməliyyatı zamanı şəhid olan "Əl-Bab fatehi" Bülənt Albayrağın qızı Elif Naz "Zeytun budağı" əməliyyatında savaşan türk əsgərlərinə müraciət edib.

Qaziler.az Əl-Bab şəhidi minbaşı Albayrağın qızının "Zeytun budağı" əməliyyatında terrorçulara qarşı mübarizə aparan türk əsgərlərinə məktubunu təqdim edir:

"Salam, türk ordusunun şərəfli əsgərləri. Mən Elifnaz Albayrak, 21.12.2016 tarixində Əl-Babda atasını şəhid vermiş bir şəhid qızıyam. Adı "Əl-Bab fatehi" olan Bülənt Albayrağın bircəcik qızıyam.

Sizə bu getdiyiniz yolda uğurlar arzulayıram. Vətənimizi daim qoruyacağınıza inanıram. Çünki canını heçə saymış bir şəhidin övladıyam. Mənim və bütün millətimizin duaları sizinlədir.

Vətən və millət sevgisini ən acı şəkildə yaşamış bir uşaq olaraq hamınızla qürur duyuram. Türk əsgəri güclüdür, cəsarətlidir, inanclıdır; atamdan bilirəm.

Türk Ordusu olduqça kimsə bizə zərər verə bilməz.

Hamınıza sonsuz təşəkkürlər, dualarımız sizinlə. Allaha əmanət olun, şanlı Türk Ordusu."


Вернуться назад