Главная > Müsahibə > "Qanlı tabut" keçmişə dönüş adlı qısametrajlı bədii film çəkilib - VİDEO
"Qanlı tabut" keçmişə dönüş adlı qısametrajlı bədii film çəkilib - VİDEO31-01-2016, 19:52. |
MAN cinema production tərəfindən Xocalı soyqırımı haqqında "Qanlı tabut" keçmişə dönüş adlı qısametrajlı bədii film çəkilib. Xəbərman.com-a Elvin Mikail bildirib ki, "Qanlı tabut" keçmişə dönüş adlı qısametrajlı bədii film Xocalı şəhidlərinə həsr edilib: " Mən bu film Xocalı şəhidlərinə həsr etdim . Bir rejissor kimi bu işi görmək mənim borcumdur. Bizim kimi gənclərə film sahəsində köməklik olunsa ən yüksək səviyyədə film çəkməyə daima hazırıq. Yetəri ki, işi görən və iş tələb edən cəmiyyət olsun.
Filmin qurluşçu rejissoru Elvin Mikail, senari müəllifi isə Elçin İsmayıl.Filmdə rol alan Əfruz Nəsurlayeva, Pərvanə Manafova, Cavid Azim , Mədinə Əhmədova və psixoloq Aytən Ələkbərova.
"Qanlı tabut" keçmişə dönüş adlı qısametrajlı bədii filmin anosun təqdim edirik:
Вернуться назад |