Главная > İdman > Buffon “Yuventus”un heyətində 500-cü oyununu keçirib

Buffon “Yuventus”un heyətində 500-cü oyununu keçirib


10-02-2018, 08:20.

          Buffon "Yuventus”un heyətində 500-cü oyununu keçirib

 

İtaliya A seriyasının 24-cü turu çərçivəsində keçirilən "Fiorentina” – "Yuventus” matçı Canluici Buffon üçün əlamətdar olub.

 

Apasport.az saytının məlumatına görə, Turin klubunun əfsanəvi qapıçısı doğma komandasında yubiley oyununa çıxıb.

 

Belə ki, "Fiorentina” ilə qarşılaşmada Buffon A seriyasında 500-cü dəfə forma geyinib.

 

Qeyd edək ki, "Yuventus” rəqibini 2:0 hesabı ilə məğlub edib.

 


Вернуться назад