Главная > GÜNDƏM > Həmsədrlər Dağlıq Qarabağa gedib

Həmsədrlər Dağlıq Qarabağa gedib


10-02-2018, 11:35.

                  Həmsədrlər Dağlıq Qarabağa gedib

 

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) , Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər ediblər.

APA-nın "Aysor.am”-a istinadən verdiyi xəbərə görə, həmsədrlər səfər çərçivəsində işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla görüşüblər.

Görüşdə münaqişənin həlli ilə bağlı məsələlər və Ermənistan-Azərbaycan sərhəddində vəziyyət müzakirə olunub.

 


Вернуться назад