Главная > Türk Dünyası / Mədəniyyət > Quzey Kıbrıs sənətçilərindən Bakıda möhtəşəm konsert / FOTOLAR

Quzey Kıbrıs sənətçilərindən Bakıda möhtəşəm konsert / FOTOLAR


8-02-2018, 20:25.

          Quzey Kıbrıs sənətçilərindən Bakıda möhtəşəm konsert /FOTOLAR

 

Bakıda Quzey Kıbrıs Türk Cümhuriyyətinin Çağdaş Musiqi Dərnəyi böyük konsert proqramı ilə çıxış edib.

Musavat.com-un məlumatına görə konsert Rəşid Behbudov adına Mahnı Teatrında baş tutub. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı təmsilçisi Ufuk Turqaner, rəsmilər, azərbaycanlı ziyalılar iştirak edib. Konsertdə səslənən ilk əsər Afrində keçirilən "Zeytun dalı" əməliyyatında şəhid olan türk əsgərlərinin xatirəsinə həsr olunub. Ardınca Çağdaş Musiqi Dərnəyi tamaşaçılara Ersin Tünayın rəhbərliyi altında Türk Sənət Musiqi Xorunun və sənətçilərin ifasında maraqlı konsert proqramı təqdim edib.

Qeyd edək ki, "Yurdumdan esintiler” adlı musiqi proqramı Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Xatırladaq ki, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Çağdaş Musiqi Dərnəyi bu günə qədər Ankara, London, Kosova və Antalyada proqramlarla çıxış edib.

Xalidə Gəray, musavat.com

 


Вернуться назад