Главная > Mövqe > BMT baş katibi münaqişə tərəflərini atəşi dayandırmağa çağırdı

BMT baş katibi münaqişə tərəflərini atəşi dayandırmağa çağırdı


8-02-2018, 13:09.

                    BMT baş katibi münaqişə tərəflərini atəşi dayandırmağa çağırdı

 

BMT-nin baş katibi Antoniu Quterriş Koreya Respublikasına rəsmi səfər edib.

BMT-nin mətbuat xidmətinin yaydığı xəbərə görə, o, səfər zamanı bu ölkənin rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək, ardından Pxençxana - XXIII Qış Olimpiya Oyunlarına gedəcək.

Oyunların açılışı ərəfəsində BMT baş katibi "Olimpiya barışığı" ilə bağlı müraciət edib.

"Bütün münaqişə tərəflərini 2018-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı "Olimpiya barışığı"na riayət etməyə çağırıran. Qoy olimpiya məşəlinin işığı insanların həmrəyliyi üçün mayak olsun. Qoy "Olimpiya barışığı" dünyada mədəniyyətin yayılmasına xidmət göstərsin", - A.Quterriş bildirib.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Koreya Respublikasının Pxençxan şəhərində keçiriləcək.("Report”)

 


Вернуться назад