Главная > Dünya > Almaniyanın yeni xarici işlər nazirinin adı açıqlanıb

Almaniyanın yeni xarici işlər nazirinin adı açıqlanıb


7-02-2018, 15:54.

                 Almaniyanın yeni xarici işlər nazirinin adı açıqlanıb

 

Almaniyanın yeni xarici işlər nazirinin adı açıqlanıb.

"Report" "Bild” qəzetinə istinadən xəbər verir ki, Avropa Parlamentin keçmiş sədri, Sosial-Demokratik Partiyasının sədri Martin Şults Almaniyanın xarici işlər naziri təyin ediləcək.

Qəzetin yazdığına görə, Xristian Demokratlar İttifaqı (XDİ) və Xristian Sosial İttifaqı (XSİ) ilə Sosial-Demokratik Partiyası arasında koalisiya hökumətinin qurulması ilə bağlı imzalanan müqavilə reallaşarsa, M.Şults XİN başçısı olacaq.

Qeyd edək ki, Almaniyanın hazırkı XİN başçısı Ziqmar Qabrieli də Sosial-Demokratik Partiyasını təmsil edir.

 


Вернуться назад