Главная > Aktual > Türkiyə-Aİ sammitinin yeri və tarixi məlum oldu

Türkiyə-Aİ sammitinin yeri və tarixi məlum oldu


6-02-2018, 23:47.

                Türkiyə-Aİ sammitinin yeri və tarixi məlum oldu

 

Aİ Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Aİ Şurasına sədrlik edən Bolqarıstanın Baş naziri Boyko Borisov 26 martda Bolqarıstanın Varna şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcək.

Trend-in Türkiyə KİV-lərinə istinadla verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının rəsmi nümayəndəsi Preben Aamanın Twitter hesabında dərc edilən Donald Tuskun və Jan-Klod Yunkerin Türkiyə liderinə ünvanladığı məktubda deyilir.

Məktubda sözügedən görüşün ümumi maraqların müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərin inkişaf yollarının müzakirə edilməsi üçün yaxşı bir fürsət olduğu qeyd edilir.

 

 


Вернуться назад