Главная > Ölkə > Bakıda Radioquraşdırma zavodunda dəhşətli partlayışlar baş verdi

Bakıda Radioquraşdırma zavodunda dəhşətli partlayışlar baş verdi


6-02-2018, 20:39.

           Bakıda Radioquraşdırma zavodunda dəhşətli partlayışlar baş verdi

 

Bakının Xətai rayonunda zavodda güclü partlayış baş verib. Əhmədli sakinlərinin "Basta”ya verdiyi məlumata görə, 4 dəfə dalbadal güclü partlayış səsləri eşidilib.

"Report”un məlumatına görə, əraziyə xeyli sayda yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Fövqalədə Hallar Nazirliyi(FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon yanğından mühafizə hissəsindən "Report”a verilən məlumata görə, partlayış Radioquraşdırma zavoduərazisindəqeydə alınıb.

Hazırda ərazidə qatı tüstü müşahidə olunur.Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananları olması barədə ilkin məlumat yoxdur.

 


Вернуться назад