Главная > Kriminal > Fərman Ceyranlıya fevralın 8-də hökm oxunacaq – GÜRCÜSTANDA

Fərman Ceyranlıya fevralın 8-də hökm oxunacaq – GÜRCÜSTANDA


6-02-2018, 18:20.

              Fərman Ceyranlıya fevralın 8-də hökm oxunacaq – GÜRCÜSTANDA

 

Tbilisi şəhər Məhkəməsi "Lanset” klinikasının direktoru Fərman Ceyranlının işi üzrə hökmü fevralın 8-də elan edəcək.
Məhkəmənin bu gün keçirilən iclasında vəkil yekun çıxış edib.
Qeyd edək ki, cərrah F. Ceyranlı dələduzluq maddəsi ilə ötən ilin may ayında Gürcüstanda həbs olunub. O, klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunub. İttiham üzrə azərbaycanlı həkim 6 ildən 9 ilədək azadlıqdan məhrum oluna bilər./APA

 


Вернуться назад