YAP-ın növbəti qurultayının vaxtı məlum oldu
Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayının
vaxtı məlum olub.
Publika.az-ın APA-ya istinadən verdiyi məlumatına görə,
YAP-ın VI qurultayının vaxtı dəyişdirilərək 2018-ci ilin fevralın 8-nə təyin
olunub.
Qurultayın vaxtının dəyişdirlməsinə səbəb növbədənkənar prezident seçkisinin
elan edilməsidir.
Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdirəcək, sədr və sədr
müavinləri, İdarə Heyəti və Siyasi Şuranın tərkibi yenidən seçiləcək.
Hakim partiyanın qurultayının bu ilin mayında keçirilməsi nəzərdə tutulurdu.
Bu gün prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi
haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki
Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin
2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş
qaydada keçirilməsini təmin etsin.
Вернуться назад
|