Главная > Ümumi > Afrində 970 terrorçu məhv edilib

Afrində 970 terrorçu məhv edilib


6-02-2018, 11:57.

                  Afrində 970 terrorçu məhv edilib

 

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı” əməliyyatı nəticəsində 970 terrorçu məhv edilib.

"Report” TRT-yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, əməliyyatın 18-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 23 terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, "Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

 


Вернуться назад