Главная > Ölkə > Növbəti iki gün üçün hava - PROQNOZU

Növbəti iki gün üçün hava - PROQNOZU


6-02-2018, 11:05.

                           Növbəti iki gün üçün hava- PROQNOZU

"Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti sabit keçəcək”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu gün - fevralın 6-da gün ərzində müşahidəolunan güclü şimal-qərb küləyi axşama doğru tədricən mülayimləşəcək: "Növbəti iki gündə ölkəərazisində mülayim şimal küləyi əsəcək”.

G.Məmmədova qeyd edib ki, fevralın 7-8-də ölkəərazisində hava şaraitinin mülayim vəgün ərzindəəsasən yağmursuz keçəcəyi gözlənilir: "Havanın temperaturu paytaxtda 8-11, Mərkəzi Aran rayonlarında 11-16, dağlıq ərazilərdə 8-13 dərəcə isti təşkil edəcək”.

 


Вернуться назад