Главная > İdman > Klarens Zeedorf “Deportivo”-nun baş məşqçisi təyin edilib

Klarens Zeedorf “Deportivo”-nun baş məşqçisi təyin edilib


6-02-2018, 08:01.

                        Klarens Zeedorf "Deportivo”-nun baş məşqçisi təyin edilib

 

Keçmiş məşhur niderlandlı futbolçu Klarens Zeedorf İspaniyanın "Deportivo” klubunun baş məşqçisi təyin edilib.

APA-nın xəbərinə görə, bu barədə La-Koruniya klubunun saytında bildirilir.

"Milan”ın sabiq futbolçusu və məşqçisi "Deportivo” ilə mövsümün sonunadək müqavilə imzalayıb. Ötən gün La Liqa təmsilçisinin baş məşqçisi Kristobal Parralo istefaya göndərilib. Hazırda "Deportivo” İspaniya çempionatında 18-ci pillədə qərarlaşıb.

Bundan əvvəl 41 yaşlı K.Zeedorf Çinin "Şençjen” klubuna rəhbərlik edib.

 


Вернуться назад